Bakı. Könül Cəfərli – APA. “Türkiyə-Suriya sərhədinə yerləşdirilməsi planlaşdırılan “Patriot” raketlərinin əsl hədəfi İrandır”. APA-nın məlumatına görə, bunu Rusiya Geopolitik Araşdırmalar İnstitutunun rəhbəri, general Leonid İvaşov bildirib.
Onun sözlərinə görə, bu addım İrana qarşı alınmış önləyici tədbirlərdən biridir: “Mən “Patriot” raketlərinin əsl məqsədinin İrana qarşı bir tədbir olduğu fikrindəyəm. Yəni bu sistemin əsl məqsədinin İranın ballistik raketlərini zərərsizləşdirməkdir”.