Bank Of Baku

Rusiya müdafiə nazirliyi: Şərqi Quta üzrə sülh danışıqları pozulub

Rusiya müdafiə nazirliyi: Şərqi Quta üzrə sülh danışıqları pozulub
# 21 fevral 2018 21:15 (UTC +04:00)

Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən Şərqi Quta ətrafında münaqişənin sülh yolu ilə həll edilməsi üzrə danışıqlar prosesi pozulub.

 

APA-nın xəbərinə görə, bu barədə Rusiya müdafiə nazirliyinin yaydığı bəyanatda bildirilir.

 

“Şərqi Qutada kritik humanitar və sosial-iqtisadi vəziyyət yaranıb. Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin qeyri-qanuni hərbi birliklərə müqavimətin dayandırılması və silahları yerə qoymaq çağırışı nəticəsiz qalıb. Beləliklə, Şərqi Quta ətrafında münaqişənin sülh yolu ilə həll edilməsi üzrə danışıqlar prosesi pozulub”, məlumatda deyilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR