“İsrail aviasiyasının Suriyadakı aviabazaya zərbə endirməsi İŞİD terrorçu qruplaşmasının döyüşçülərinin Suriyanın şərqində aktivləşməsi ilə üst-üstə düşüb”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İsrail aviasiyasının aprelin 9-da Suriyanın "Ti-4" aviabazasına zərbə endirməsi ölkədəki vəziyyətə sabitlik gətirməyib. Diqqət çəkən odur ki, İŞİD-ə qarşı əməliyyatlarda bilavasitə istifadə olunan aviasiyanın yerləşdiyi "Ti-4" bazasına hücum Suriyanın şərqində terrorçuların fəallaşması ilə üst-üstə düşüb".