Bank Of Baku

Rusiyanın xarici işlər nazirinin müavini İrana səfər edəcək

Rusiyanın xarici işlər nazirinin müavini İrana səfər edəcək
# 21 aprel 2013 01:44 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov İrana səfər edəcək. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə İranın Rusiyadakı səfiri Mahmudrza Səccadi bildirib.

 

Onun sözlərinə görə, iki günlük səfər aprelin 22-də reallaşacaq: “Səfər İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyanın dəvəti əsasında həyata keçirilir. Məqsəd İran rəsmiləri ilə Əfqanıstan və İraq başda olmaqla regional məsələləri müzakirə etməkdir”.

 

M. Səccadi həmçinin deyib ki, bu ilin iyulunda İran Atom Enerjisi Təşkilatının sədri Firudin Abbasi Rusiyaya səfər edəcək: “Məqsəd nüvə stansiyalarının təhlükəsizliyi ilə bağlı keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR