Bank Of Baku

СAR sahillərində itkin düşmüş “Boeing-777” təyyarəsinin qalıqları tapılıb

СAR sahillərində itkin düşmüş “Boeing-777” təyyarəsinin qalıqları tapılıb
# 12 may 2016 05:37 (UTC +04:00)

Bakı-APA. Cənubi Afrika Respublikası və Mavriki sahillərində “Malaysia Airlines” şirkətinə məxsus, 2014-cü ilin martında itkin düşmüş “Boeing 777” təyyarəsinin yeni qalıqları tapılıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Malayziya hökuməti bəyan edib.

 

Bundan əvvəl təyyarənin qalıqları Fransanın Reyuniyon adası və Mozambik sahillərində tapılıb. Beləliklə, tapılan fraqmentlərin sayı 5-ə çatıb.

 

Hazırda “Fugro Discovery”, “Fugro Equator” və  “Dong Hai Jiu” 101 gəmiləri itkin düşmüş təyyarənin axtarışlarını davam etdirir.

 

Xatırladaq ki, 2014-cü il, martın 8-də “Malaysia Airlines” şirkətinə məxsus Kuala-Lumpur-Pekin marşrutu üzrə hərəkət edən "Boeing-777" sərnişin təyyarəsi Hind okeanı üzərində yoxa çıxıb. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR