Bank Of Baku

Səid Cəlili İran Məsləhət Şurasının üzvü təyin edilib

Səid Cəlili İran Məsləhət Şurasının üzvü təyin edilib
# 12 sentyabr 2013 12:27 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidentliyinə keçmiş namizədə vəzifə verilib. APA-nın İSNA-ya istinadən məlumatına görə, İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin sərəncamı ilə Səid Cəlili ölkənin eks-prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin rəhbərlik etdiyi İran Məsləhət Şurasının üzvü təyin olunub.

 

Qeyd edək ki, S.Cəlili bundan əvvəl İran Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb. O, həmçinin İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrini aparan nümayəndə heyətinə başçılıq edib. S.Cəlili bu il sentyabrın 14-də İranda keçirilmiş prezident seçkilərində 4 168 946 səs toplayaraq üçüncü olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR