Bank Of Baku

Сənubi Koreya prezidentinin xüsusi nümayəndəsi Moskvaya səfər edəcək

Сənubi Koreya prezidentinin xüsusi nümayəndəsi Moskvaya səfər edəcək
# 13 mart 2018 02:37 (UTC +04:00)

Сənubi Koreya prezidentinin təhlükəsizlik üzrə müşaviri və xüsusi nümayəndəsi Çon Iy Yon bu gün Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Seul rəsmisi iki Koreya arasında dialoqun perspektivləri barədə məsləhətləşmələr aparacaq.

 

Məlumata görə, Cənubi Koreya prezidentinin xüsusi nümayəndəsi Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşəcək. Bundan əvvəl Çon Iy Yon KXDR, ABŞ və Çində olub. Nəticədə Cənubi və Şimali Koreya rəhbərləri və ABŞ prezidenti arasında mümkün görüşlərə dair razılığa gəlinib.

 

Qeyd edək ki, ötən həftə Şimali Koreya lideri Kim Çen In nüvə və raket sınaqlarından  imtina etməyə hazır olduğunu bəyan edib. ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri ilə may ayınadək görüşün keçirilməsinə razılıq verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR