Bank Of Baku

Sergey Lavrov: “Moskva Suriyanın kimyəvi silahlarının beynəlxalq nəzarətə verilməsi planı üzərinə işləyir”

Sergey Lavrov: “Moskva Suriyanın kimyəvi silahlarının beynəlxalq nəzarətə verilməsi planı üzərinə işləyir”
# 10 sentyabr 2013 13:41 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Rəsmi Moskva Suriyanın sahib olduğu kimyəvi silahların beynəlxalq nəzarət altına alınması ilə bağlı sərfəli bir plan mövzusunda çalışır və yaxın zamanda bu planın nədən ibarət olduğunu açıqlayacaq”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov liviyalı həmkarı Məhəmməd Əbdüləzizlə Moskvada bu gün keçirdikləri birgə brifinqdə bildirib.

 

Onun sözlərinə görə, Rusiya sərfəli, şəffaf və dəqiq bir plan üzərində işləyir: “Hazırda Suriya hökuməti ilə dialoq aparırıq. Ortaya çıxan anlaşmanı BMT Təhlükəsizlik Şurası, Baş Katibliyi və Kimyəvi Silahların Qadağan olunması Təşkilatı ilə dəyərləndirəcəyik”.

 

S.Lavrov Suriyada kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi ilə bağlı cəhdin Rusiya və ABŞ-ın ortaq yanaşması olduğunu söyləyib.

 

Qeyd edək ki, Rusiya XİN başçısı dünən Moskvada suriyalı həmkarı Valid Muallemlə görüşdə Suriyanın sahib olduğu kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi, məhv edilməsi və Dəməşqin hətta Kimyəvi Silahların Qadağan olunması Təşkilatına tam qoşulması barədə təklif verdiklərin açıqlamışdı.   

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR