Bank Of Baku

Səudiyyə Ərəbistanı Ərəb Dövlətləri Liqasının fövqəladə iclasını çağırıb

Səudiyyə Ərəbistanı Ərəb Dövlətləri Liqasının fövqəladə iclasını çağırıb
# 12 noyabr 2017 18:24 (UTC +04:00)

Rəsmi Ər-Riyad Ərəb Dövlətləri Liqasının fövqəladə iclasınının çağırılmasını tələb edib.

 

APA-nın məlumatına görə, bu barədə “Sky News Arabia” telekanalı xəbər verib.

 

Bildirilir ki, Səudiyyə Ərəbistanı iclası İranın region ölkələrinin işlərinə müdaxiləsi etməsinə görə çağırıb. Toplantının noyabrın 19-da baş tutacağı gözlənilir.

 

Noyabrın 5-də Səudiyyə Ərəbistanının havadan müdafiə sistemləri  Ər-Riyadın şimal-şərq hissəsində ballistik raketi vurublar. Raket hücumu vaxtında dəf edilib, əhali arasında itki qeydə alınmayıb. Raket Yəməndəki üsyançı husilər tərəfindən atılıb.

 

Noyabrın 10-da ABŞ-ın Yaxın Şərqdə hava əməliyyatlarının komandanı, general-leytenant  Ceffri Harriqan bəyan edib ki, Yəmən ərazisindən Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində buraxılan ballistik raket İrana məxsus olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR