Bank Of Baku

Səudiyyə Ərəbistanı neft sahəsində siyasətini dəyişdirməyəcəyini bəyan edib

Səudiyyə Ərəbistanı neft sahəsində siyasətini dəyişdirməyəcəyini bəyan edib
# 08 may 2016 14:58 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanı neft sahəsində hazırkı siyasətini davam etdirmək niyyətindədir.

 

APA-nın “Sky News Arabia” telekanalına istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının yeni energetika, sənaye və mineral resurslar naziri Haled Əl-Faleh  bəyan edib.

 

H. Əl-Faleh  Səudiyyə Ərəbistanının müştərilərinin neftə ehtiyaclarını qarşılamaq sahəsində liderliyini qoruyacağını vurğulayıb.

 

Qeyd edək ki,  kral Salman Səudiyyə Ərəbistanı hökumətinin tərkibində böyük dəyişiklik edib və səhiyyə naziri olan H. Əl-Faleh energetika, sənaye və mineral resurslar naziri təyin edilib. Ancaq Əl-Faleh əvvəllər Səudiyyə Ərəbistanının “Aramco” neft şirkətinin rəhbəri də olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR