Bank Of Baku

Səudiyyə Ərəbistanı Suriyada atəşkəsə dair razılaşmanı alqışlayıb

Səudiyyə Ərəbistanı Suriyada atəşkəsə dair razılaşmanı alqışlayıb
# 14 sentyabr 2016 01:50 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanı  Suriyada atəşkəsin əldə olunmasına dair razılaşmanı alqışlayır.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı  XİN-nin məlumatında bildirilir.  

 

“Səudiyyə Ərəbistanı  Suriyada müvəqqəti atəşkəs rejiminin başlanmasını maraqla izləyir və əldə olunan razılaşmanı alqışlayır”, - deyə bəyanatda bildirilir.

 

Qeyd edək ki, sentyabrın 12-dən etibarən Rusiya və ABŞ arasında Suriyada atəşkəsə dair  əldə olunan razılaşma qüvvəyə minib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR