Çinin “China Eastern” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Avstraliyanın Sidney şəhərində qəza enişi edib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, qəza enişinə səbəb təyyarənin sol turbinində aşkar olunan problem olub.
Sidney-Şanxay marşrutu üzrə uçan təyyarə havaya qalxdıqdan bir saat sonra hava limanına dönməli olub.
İnsident zamanı zərərçəkən olmayıb.