Bank Of Baku

Silahlılar Dəməşqin cənub kənarlarına hücum ediblər

Silahlılar Dəməşqin cənub kənarlarına hücum ediblər
# 15 dekabr 2012 01:49 (UTC +04:00)

Bakı-APA. Dəməşqin cənubunda hökumət qoşunları ilə müxalifətin silahlı birləşmələri arasında şiddətli toqquşmalar baş verib. APA-nın “Əl-Ərəbiyyə” telekanalına istinadən verdiyi xəbərə görə, silahlılar “Yərmuk” Fələstin düşərgəsində, Talətin və Həcr-əl-Asvad məhəllələrində, həmçinin paytaxtın cənub-qərbindəki Kfar-Susə rayonunda yenidən peyda olublar.

 

Ordu xüsusi təyinatlı birləşmələri silahlı qruplaşmaları Əl-Hüceyrə və Diyəbi istiqamətində, eləcə də aeroport avtomagistralının “yaşıl zonasında” təqib edir.

 

Telekanalın məlumatına görə, silahlıların Deraa şəhərinin ətrafında yaradılmış dayaq nöqtələrinə raket-artilleriya zərbələri endirilib. Müxalifətin silahlı dəstələri bundan əvvəl bir neçə dəfə şəhərə bu istiqamətdən girməyə cəhd edib.

 

Xatırladaq ki, dekabrın 14-nə keçən gecə yayılan məlumata görə, hökumət qüvvələri Dəməşqin yaxınlığında cəmlənmiş silahlı birləşmələri darmadağın edib. Hətta xəbər verilirdi ki, “iki həftə davam edən şiddətli döyüşlərdən sonra silahlı birləşmələr paytaxt həndəvərindən nəhayət uzaqlaşdırılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR