Bank Of Baku

Silahlıları və ailə üzvlərini daşıyan avtobus karvanı Suriyanın Duma şəhərini tərk edib

Silahlıları və ailə üzvlərini daşıyan avtobus karvanı Suriyanın Duma şəhərini tərk edib
# 09 aprel 2018 03:49 (UTC +04:00)

Silahlıları və onların ailə üzvlərini daşıyan ilk avtobuslar Suriyanın Duma şəhərini tərk edib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

““Ceyş əl-İslam” qruplaşmasının silahlılarının Duma şəhərindən çıxarılmasına başlanılıb. Silahlıları və onların ailə üzvlərini daşıyan ilk avtobuslar Mühəyyam əl Vafedin rayonundakı nəzarət-buraxılış məntəqəsindən keçib”, - deyə məlumatda bildirilir.

 

Ümumilikdə şəhərdən 8 000 silahlı və onların  40 minədək ailə üzvlərinin çıxarılması planlaşdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR