Bakı-APA. ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepperin Pxenyana gizli səfəri zamanı Şimali Koreyada girov saxlanılan ABŞ-ın 2 vətəndaşını azad edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə The New York Times nəşri məlumat yayıb.
Qeyd edək ki ABŞ-ın 2 vətəndaşı Kennet Bey və Metyu Tod Miller Şimali Koreyada dövlət qaydalarını pozduqlarına görə saxlanılmışdılar. Məlumata görə, Bey “dini dövlət çevrilişi təşkil etməkdə” ittiham olunaraq 2 il Şimali Koreyada saxlanılıb. Miller isə “yaraşmaz davranış”da ittiham olunaraq 7 ay bu ölkədə qalmalı olub.
Prezident Barak Obama, öz növbəsində, amerikalılarının təhlükəsiz qaytarılmasına görə Klepperə minnətdarlığını bildirib.