Bank Of Baku

Şimali Koreya uzaq mənzilli raketin sınağını keçirə bilər

Şimali Koreya uzaq mənzilli raketin sınağını keçirə bilər
# 27 yanvar 2016 23:42 (UTC +04:00)

Bakı-APA. Şimali Koreya yaxın günlərdə uzaq mənzilli raketin sınağını keçirə bilər.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya hökumətindəki mənbə bildirib.

 

Məlumata əsasən, peykdən əldə edilən təsvirlər göstərir ki, rəsmi Pxenyan raketi ölkənin şimal-qərbindəki “Soxe” poliqonundan buraxmağa hazırlaşır.

 

Bundan əvvəl ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib ki,  BMT Təhlükəsizlik Şurası nüvə sınaqlarına cavab olaraq Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edə bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR