Bakı-APA. Bu gecə Sakit okeanda Solomon adaları yaxınlığında 8,3 bal gücündə zəlzələ baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 07.14-də (Bakı vaxtı ilə 00.14-də) Solomon adalarındakı Kirakira şəhərindən 108 km cənub-şərqdə, 10 km dərinlikdə qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Sunami təhlükəsi elan olunmayıb.