Bank Of Baku

Suriya-İordaniya sərhədində partlayış olub, ölənlər var - YENİLƏNİB

Suriya-İordaniya sərhədində partlayış olub, ölənlər var - <span style="color: red;">YENİLƏNİB
# 15 may 2017 23:38 (UTC +04:00)

Suriya-İordaniya sərhədində, qaçqın düşərgəsi yaxınlığında baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb, yaralananlar var.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Azad Suriya Ordusuna məxsus buraxılış məntəqəsinin qarşısında minalanmış avtomobil partlayıb.

 

Məlumata əsasən, Suriya-İordaniya sərhədində yerləşən “Əl-Rukban” düşərgəsində Deraa əyalətindən olan qaçqınlar məskunlaşıb. Qeyri-rəsmi mənbələrə görə, hazırda düşərgədə evlərini tərk etməyə məcbur qalan 75 min nəfər yaşayır. 

 

***

 

23:41

 

 

Suriya-İordaniya sərhədində, qaçqın düşərgəsi yaxınlığında güclü partlayış baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə "Əl-Mayadin" telekanalı məlumat yayıb.

 

İlkin məlumata əsasən, minalanmış avtomobilin partladılması nəticəsində xeyli sayda  ölən və yaralananlar var. Hadisənin təfərrüatları müəyyənləşdirilir. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR