Bank Of Baku

Suriya-Livan sərhədi İŞİD silahlılarından təmizlənib

Suriya-Livan sərhədi İŞİD silahlılarından təmizlənib
# 28 avqust 2017 19:35 (UTC +04:00)

Suriya ordusu və Livanın “Hizbullah” hərəkatının döyüşçüləri Suriya-Livan sərhədində yerləşən dağlıq Kalamun bölgəsini İŞİD terrorçularından azad ediblər.

 

APA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə “Hizbullah”-a yaxın mənbə bildirib.

 

Avqustun 19-da Livan ordusu bir sıra dağlıq ərazilərin terrorçulardan azad edilməsi əməliyyatına başlayıb. Məlumata əsasən, terrorçuların nəzarətində olan 120 kvadrat kilometrdən 100-ü azad edilib. Eyni zamanda “Hizbullah” hərəkatı Suriya ordusu ilə birgə Suriya-Livan sərhədində əməliyyat keçirib. Nəticədə 90 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR