Bank Of Baku

Suriya Demokratik Qüvvələri İŞİD-in qədim Rakkadakı müdafiə mövqelərini yarıb

Suriya Demokratik Qüvvələri İŞİD-in qədim Rakkadakı müdafiə mövqelərini yarıb
# 04 iyul 2017 09:54 (UTC +04:00)

Suriyada kürd və ərəb döyüşçülərdən ibarət "Suriya Demokratik Qüvvələri" İŞİD terror təşkilatının Rakka şəhərinin tarixi hissəsindəki müdafiə mövqelərini yarıb.

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın havadan fəal dəstəyi sayəsində terrorçuların mövqelərini yarmaq mümkün olub. Koalisiya təyyarələri qədim Rafik divarlarına 2 aviazərbə endirib. Bu isə SDQ-nin İŞİD mövqelərinə hücumuna əlverişli imkan yaradıb.

 

Qeyd edək ki, İŞİD-in qeyri-rəsmi paytaxtı olan Rakkanın azad edilməsi uğurunda döyüşlər iyundan aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR