Bakı-APA. Suriya hakimiyyəti Livanın keçmiş baş-naziri Səəd Haririnin həbsinə order verib. APA-nın “Frans-Press”ə istinadən verdiyi xəbərə görə, keçmiş baş-nazir Suriya müxalifətini silah-sursatla təmin etməkdə günahlandırılır.
“SANA” Suriya dövlət agentliyinin yaydığı xəbərə görə, “dövlət prokuroru Dəməşqdə Səəd Haririnin və Livan parlamentinin müxalifətdən olan deputatı Okab Sakrın həbsinə order verib”.
2009-2011-ci illərdə Livanın baş-naziri olmuş Səəd Hariri hal-hazırda ölkə parlamentinin deputatıdır və Suriya rejiminə qarşı çıxan “14 mart Koalisiyası”na rəhbərlik edir.