Bank Of Baku

Suriya İran və Rusiyadan pul almağa ümid edir

Suriya İran və Rusiyadan pul almağa ümid edir
# 25 aprel 2013 01:49 (UTC +04:00)

Bakı-APA. Dəməşq yaxın vaxtlarda Rusiya və İranla maliyyə yardımı barədə saziş bağlamağa ümid edir. APA-nın məlumatına görə, Suriya Mərkəzi Bankının sədri Ədib Mayalə bu barədə bəyan edib.

 

«Biz Rusiya və İrandan maddi yardım almağa ümid edirik. Eyni zamanda bu məsələ ilə bağlı digər ölkələrlə də danışıqlar aparırıq», deyə Mayalə bildirib. Onun sözlərinə görə, Rusiya və İranla sazişlərin bağlanması artıq «gün məsələsidir». Mayalə Dəməşqin bu ölkələrdən hansı məbləği alacağını dəqiqləşdirməyib.

 

O bildirib ki, iki illik münaqişə zamanı Suriyanın itkiləri təxminən 25 milyard avro təşkil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR