Bank Of Baku

Suriya İŞİD-in səhra komandirlərinin iclas keçirdiyi qərargahı bombalayıb

Suriya İŞİD-in səhra komandirlərinin iclas keçirdiyi qərargahı bombalayıb
# 28 avqust 2014 16:21 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Suriya Hərbi Hava Qüvvələri “İslam dövləti”nin (İŞİD) səhra komandirlərinin iclas keçirdiyi qərargahı məhv ediblər.

 

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Suriyanın döyüş təyyarələri  adıçəkilən silahlı qruplaşmanın Muhəsən şəhərində yerləşən qərargahına zərbələr endirib.

 

Livanın “əl-Manar” telekanalı bildirib ki, hava reydi zamanı “İslam dövləti”nin operativ iclas keçirən səhra komandirləri də ölüblər. Qeyd olunub ki, hazırda qruplaşma üzvləri hökumət qüvvələrinin Deyr-əz-Zor vilayətindəki mövqelərinə hücuma hazırlaşırlar.

 

Muhasanda iclasa “xəlifə” Əbu Bəkr əl-Bağdadinin yaxın adamlarından Abu Nidal adlı komandirin rəhbərlik etdiyi, amma onun öldüyü barədə məlumatın olmadığı deyilir.

 

“Əs-Safir” qəzetinin yaydığı məlumata görə, Suriya ordusuna terrorçuların mövqeləri barədə məlumat ABŞ və İraq qoşunlarının Bağdad və Ərbildəki birgə qərargahından ötürülüb. Suriya və ABŞ hərbçiləri arasında birbaşa təmasın olmadığı qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR