Bakı-APA. Suriya müxalifətçiləri paytaxt Dəməşq yaxınlığında Hava əleyhinə müdafiə bazasını ələ keçirdiklərini bəyan ediblər.
«Ənsar əl-İslam» və «Cundallah briqadaları» dəstələrinin birgə bəyanatında Dəməşqdən bir neçə kilometr cənubda yerləşən bazanın 4 günlük hücumdan sonra ələ keçirildiyi bildirilir.
Bu baza müxalifətçilərin əlində olan Dəməşqə ən yaxın bazadır.
Suriyada daxili münaqişə 2011-ci ilin martından davam edir. BMT-nin məlumatına görə, münaqişə nəticəsində 30 minədək insan həlak olub.