Bakı-APA. Suriya müxalifəti nəzarət etdiyi ərazilərdə 48 saat ərzində BMT ekspertlərinin təhlükəsizliyini təmin edəcək. APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Milli Suriya Koalisiyasının mətbuat katibi Xalid Saleh çıxış edib.
“Röyters”in yaydığı xəbərə görə, Saleh bildirib ki, müxalifət nümayəndələrində avqustun 21-də Dəməşq yaxınlığında kimyəvi silah hücumu nəticəsində ölən şəxslərin toxumalarının nümunələri var. Onlar bu nümunələri BMT ekspertlərinə təqdim etməyi planlaşdırır.