Bank Of Baku

Suriya müxalifəti silahın terrorçulara ötürülməsinə yol verməyəcəyini vəd edir

Suriya müxalifəti silahın terrorçulara ötürülməsinə yol verməyəcəyini vəd edir
# 21 aprel 2013 05:01 (UTC +04:00)

Bakı-APA. Suriya müxalifəti silah embarqosu ləğv olunacağı təqdirdə onun terrorçuların əlinə keçməsinə yol verməyəcəyini vəd edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya müxalifətinin Milli koalisiyası bəyan edib.  

 

Qeyd edək ki, bir qədər əvvəl Böyük Britaniyanın baş naziri Uilyam Xeyq bəyan edib ki, Avropa Birliyi yaxın zamanda Suriya müxalifətinə silah verilməsinə qoyulan embarqonun ləğvi məsələsini müzakirə edəcək. Onun sözlərinə görə, İstanbulda keçirilən “Suriyanın dostları”nın görüşü zamanı, Suriya müxalifətinin nümayəndələri ölkədəki vəziyyətin demokratik yolla həll etmək niyyətini açıq şəkildə nümayiş etdirib. 

 

Milli koalisiya bəyan edib ki, Suriya müxalifəti “terrorizmin bütün formalarını” qəti sürətdə pisləyir. Bundan başqa müxalifətçilər söz verib ki, hakimiyyətə gələcəkləri halda hər-hansı siyasi qüvvələrə qarşı cəza tədbirləri görülməyəcək.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR