Bank Of Baku

Suriya müxalifəti və Fransa BMT-dən Dəməşq yaxınlığında kimyəvi silah tətbiqi barədə məlumatların yoxlanmasını tələb edib - VİDEO

Suriya müxalifəti və Fransa BMT-dən Dəməşq yaxınlığında kimyəvi silah tətbiqi barədə məlumatların yoxlanmasını tələb edib - <span style="color: red;">VİDEO
# 21 avqust 2013 14:01 (UTC +04:00)

APA-nın məlumatına görə, əl-Ərəbi bildirib ki, müfəttişlər təcili şəkildə şahidlərin sözlərinə görə, ən azı 650 nəfərin kimyəvi qazla qətlə yetirildiyi Şərqi Quta rayonuna getməlidir.

 

Suriya hüdudlarından kənarda fəaliyyət göstərən Suriya müxalifətinin liderləri isə yaranmış vəziyyətin müzakirə olunması üçün BMT Təhlükəsizlik Şurasının iclasını çağırmağı tələb ediblər. Müxalifət baş verənləri kütləvi qırğın kimi dəyərləndirib.

 

“Əl-Cəzirə” telekanalında göstərilən həvəskar kadrlarda bədənlərində xəsarət nişanəsi olmayan yüzlərlə ölü nümayiş olunur, onların arasında çoxlu sayda qadın və uşaq var. Yerli xəstəxanalardan çəkilmiş kadrlarda ağzı köpüklənən, can verməkdə olan insanlar əks olunub, onların arasında çoxlu uşaqlar var.

 

Suriya hökuməti isə Dəməşq yaxınlığında kimyəvi silah tətbiqi xəbərini təkzib edib və bu barədə iddiaları təxribat adlandırıb.

 

Britaniyanın xarici işlər naziri Uilyam Xeyq bildirib ki, kimyəvi hücum faktı təsdiqlənsə, bu, müharibənin yenidən eskalasiyasına səbəb ola bilər.

 

Fransa Xarici İşlər Nazirliyi də BMT-dən Suriyada kütləvi qırğın silahının tətbiqi barədə məlumatların yoxlanılmasını tələb edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR