Bakı-APA. Suriya müxalifətinin Danışıqlar üzrə Ali Komitəsinin liderlərindən biri, “Ceyş əl-İslam” qruplaşmasının lideri Məhəmməd Əllüş Cenevrəyə gəlib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Danışıqlar üzrə Ali Komitənin mətbuat katibi bildirib.
Onun sözlərinə görə, Danışıqlar üzrə Ali Komitəsinin sədri Riyad Hicab İsveçrəyə fevralın 2-də gələcək.
TASS agentliyinin məlumatına əsasən, BMT baş katibinin xüsusi elçisi Staffan de Mistura Suriya müxalifətinin Danışıqlar üzrə Ali Komitəsinin üzvləri ilə görüşüb. Danışıqların 2 saata yaxın davam etdiyi bildirilir.
Qeyd edək ki, rəsmi Dəməşqi təmsil edən nümayəndə heyəti ilə BMT baş katibinin xüsusi elçisi yanvarın 20-də görüşüb. Staffan de Mistura əvvəlcədən qeyd etmişdi ki, ilkin mərhələdə Suriya münaqişəsi üzrə danışıqlar birbaşa olmayacaq, tərəflər bir masa arxasında oturmayacaqlar.