Bakı-APA. Suriyanın Hələb şəhərində “sükut rejimi” qüvvəyə minir.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Suriya ordu komandanlığı bildirib.
“Mayın 5-i, saat 00:01-dən etibarən Hələbdə 48 saat ərzində “sükut rejimi” tətbiq olunacaq”, məlumatda deyilir.
Qeyd edək ki, mayın 2-də ABŞ və Rusiya Hələb şəhərində atəşkəs rejiminə dair razılığa gəliblər.