Bakı - APA. Suriya ordusunun rəhbərliyi ölkədə atəşkəs rejiminin bitdiyini bəyan edib.
APA-nın "Röyters"ə istinadən verdiyi məlumata görə, suriyalı hərbçilər atəşkəsin pozulmasına görə terrorçu qruplaşmaların məsuliyyət daşıdığını bildiriblər.
Qeyd edək ki, Suriyada atəşkəs rejimi 7 gün davam edib.