Bank Of Baku

Suriya ordusu Palmira istiqamətində hücuma keçib

Suriya ordusu Palmira istiqamətində hücuma keçib
# 13 fevral 2017 12:14 (UTC +04:00)

Suriya hökumət qoşunları və Rusiya aviasiyası Palmira istiqamətində əməliyyata başlayıb. 

 

Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən APA-nın Moskva bürosuna verilən məlumata görə, Palmira şəhərinə 20 km-dən az məsafə alıb. 


Ötən həftə ərzində Rusiya aviasiyasının Palmira istiqamətində 90-dan çox döyüş uçuşu həyata keçirdiyi bildirilib: "Bu müddət ərzində Suriya hökumət qoşunları terrorçuların 180-dən çox obyektini, 15 silah-sursat və hərbi texnika anbarını, 43 zirehli döyüş texnikasını məhv edib. Terrorçuların 200-dən çox canlı qüvvəsi məhv edilib".
 

Fevralın 7-dən Suriya hökumət qoşunları Əl-Kuleybe və Kirkuk yaşayış məntəqələrini terrorçuların işğalından azad edərək 22 kvadrat kilometr ərazidə nəzarəti ələ alıblar.
  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR