Bank Of Baku

Suriya televiziyası üsyançılara məxsus kimyəvi maddələri nümayiş edib

Suriya televiziyası üsyançılara məxsus kimyəvi maddələri nümayiş edib
# 24 avqust 2013 20:58 (UTC +04:00)

Bakı-APA. Suriya Dövlət Televiziyası bu gün Dəməşqin şərqindəki Cobar rayonunda  aşkarlanmış üsyançılara məxsus  kimyəvi maddələri və preparatları nümayiş edib.

 

Yayımlanan kadrlarda bir neçə plastik kanistr, ağ tozla dolu kisələr, maye qaz üçün nəzərdə tutulan metal qablar və balonlar, qumbaralar, mərmilər və əleyhqazlarla dolu qutular əks olunub. İki ədəd metal qabın üzərində “Səudiyyə Ərəbistanında istehsal olunub” sözləri həkk olunub. Bundan başqa, kadrlarda Qətər və Almaniyanın “QG” müştərək şirkətinin istehsalı olan şpris və iynələrlə dolu qutular da əks olunub. Həmçinin ABŞ istehsalı olan inyeksiyalar üçün nəzərdə tutulmuş iki büküm adı çəkilməyən tibbi preparat da nümayiş olunub.     

 

Bundan əvvəl Suriyanın SANA dövlət xəbər agentliyinin verdiyi xəbərə görə, üsyançılar hökumət ordusuna qarşı zəhərli maddələr istifadə edib, nəticədə bir neçə əsgər zərər çəkib.  

 

Hazırda Cobarda üsyançılar və hökumət ordusunun birləşmələri arasında qızğın döyüşlərin getdiyi bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR