Bank Of Baku

Suriya üzrə danışıqlar aprelin 11-də bərpa ediləcək

Suriya üzrə danışıqlar aprelin 11-də bərpa ediləcək
# 07 aprel 2016 00:22 (UTC +04:00)

Bakı-APA. Suriya üzrə danışıqların növbəti raundu aprelin 11-də Cenevrədə keçiriləcək.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixayil Boqdanov bəyan edib.

 

“Aprelin 13-də Suriyada seçkilər keçiriləcək. Seçkilərdə iştirak edən bir neçə nümayəndə heyətinin üzvü aprelin 14-də Cenevrəyə gələcək. Bilavasitə danışıqlar isə artıq aprelin 11-də başlayacaq”, deyə M.Boqdanov bildirib.

 

Qeyd edək ki,  bundan əvvəl BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura danışıqların növbəti raundunun aprelin 9-da başlanacağını bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR