Suriyada yaradılan deeskalasiya zonalarında atəşkəs rejimi qüvvəyə minib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ötən gün Astanada Suriyada dörd deeskalasiya zonalarının yaradılması barədə memorandum imzalanıb.
Sənəd münaqişə tərəfləri və atəşkəs razılığının zəmanətçiləri olan ölkələrin nümayəndə heyətləri (Türkiyə, Rusiya, İran) tərəfindən imzalanıb.
Deeskalasiya zonaları İdlib əyaləti daxil olmaqla Suriyanın yeddi regionunu əhatə edir. Memoranduma görə, mayın 6-dan etibarən deeskalasiya zonalarında hökumət qüvvələri və silahlı qruplar arasında hər hansı toqquşmalar dayandırmalıdır.