APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, dövlət televiziyasının məlumatına görə, Kəfr-Zita şəhərində “Əl Qaidə” ilə əlaqəli olan “Nüsrə Cəbhəsi” qruplaşmasının üzvləri zəhərli kimyəvi maddə olan xlordan istifadə edib.
Hücum nəticəsində 2 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Müxalifət nümayəndələrinin açıqlamalarına əsasən, hökumət təyyarələrinin endirdiyi zərbələr nəticəsində onlarla insan yaralanıb.
Onların sözlərinə görə, təyyarələrdən atılan bombaların partlaması nəticəsində insanların boğulmasına və zəhərlənməsinə səbəb olmuş qatı tüstü yaranıb.