Bank Of Baku

Suriyada İŞİD-in əsas maliyyəçisi məhv edilib

Suriyada İŞİD-in əsas maliyyəçisi məhv edilib
# 23 iyun 2017 19:24 (UTC +04:00)

Suriyada ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən İŞİD terror qruplaşmasının əsas maliyyəçilərindən biri Favvaz Məhəmməd Cübeyr ər-Raui məhv edilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə koalisiya qüvvələri komandanlığının bəyanatında bildirilir.

 

Məlumata əsasən, Cübeyr ər-Raui  iyunun 16-da hava zərbəsi nəticəsində öldürülüb. Onun terror aktlarının törədilməsi üçün  milyonlarla dollar pul köçürdüyü, terrorçuların vəsaitlərinin digər ölkələrə ötürdüyü, xaricdən pul aldığı bildirilir.

 

Qeyd edək ki, 2016-cı ilin dekabrında ABŞ Maliyyə nazirliyi ər-Rauiyə qarşı sanksiya tətbiq etmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR