Bank Of Baku

Suriyanın Kamışlı şəhərində silsilə partlayışlar nəticəsində azı 10 nəfər ölüb

Suriyanın Kamışlı şəhərində silsilə partlayışlar nəticəsində azı 10 nəfər ölüb
# 30 dekabr 2015 22:49 (UTC +04:00)

Bakı-APA. Suriyanın Kamışlı şəhərində bir-birinin ardınca üç partlayış baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar ticarət obyektləri və restoranların yerləşdiyi küçədə törədilib.

 

İlkin məlumata əsasən, hadisə nəticəsində azı 10 nəfər ölüb, çox sayda yaralıların olduğu bildirilir.

 

“Əl-Mayadin” telekanalı xəbər verir ki, terror aktları törədilən ərazinin yaxınlığında daha bir partlayıcı qurğu aşkar edilib. Bir sıra Suriya KİV-lərinin məlumatına əsasən, restoranlardakı  partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR