Bakı. Viktoriya Dementyeva – APA. BMT-nin Suriyada kimyəvi silahın tətbiq olunmasını araşdıran müfəttişləri öz missiyalarını tamamlayaraq baş katib Pan Giu Muna hesabat təqdim ediblər. APA-nın BMT-nin mətbuat mərkəzinə istinadən yaydığı məlumata görə, bu gün P. G. Mun qapalı toplantıda Təhlükəsizlik Şurasının üzvlərinə brifinq verəcək. Bundan sonra hesabatın mətni BMT-nin tərksilah məsələləri üzrə idarəsinin saytında açıqlanacaq.
Xatırladaq ki, BMT missiyası avqustun 18-dən 31-nə qədər Suriyada təhqiqat aparıb. Toplanan məlumatlar və kimyəvi silahın tətbiq olunduğu ərazilərdən götürülən nümunələrin analizləri əsasında hesabat hazırlanıb. Missiyanın vəzifəsi kimyəvi silahdan istifadə olunub-olunmadığını müəyyənləşdirməkdir. Kimyəvi silahın kim tərəfindən tətbiq olunduğunu söyləmək onların mandatına daxil deyil.