Bakı. Etibar Məmmədov - APA. Suriyada hökumət qüvvələri tərəfindən saxlanılan türkiyəli jurnalist Cüneyt Ünal sərbəst buraxılıb.
APA-nın məlumatına görə, CHP-nin bir qrup millət vəkili Cüneyt Ünalın təhvil almaq üçün Suriyaya gedib. Suriya hökumət nümayəndələri ilə görüşən CHP heyəti bu gün jurnalistin azadlığa buraxılmasına nail olub.
Suriyada saxlanılan Fələstinli jurnalist Bəşər Fehmi Kaduminin başqa bir yerdə saxlandığı və onun da azad edilməsi üçün danışıqların davam etdirildiyi bildirilir.