Bank Of Baku

Suriyada son günlər İranın 13 hərbçisi həlak olub, 20-dən çoxu yaralanıb

Suriyada son günlər İranın 13 hərbçisi həlak olub, 20-dən çoxu yaralanıb
# 07 may 2016 19:20 (UTC +04:00)

Bakı-APA.  Suriyada son bir neçə gün ərzində  İranın İslam İnqilabının Keşikçilər Korpusunun (İİİKK) 13 əməkdaşı ölüb, 21 nəfəri isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  İİİKK-nın rəsmi nümayəndəsi Hüseyn Əli Rezai bildirib.   

 

Onun sözlərinə görə, həlak onların hamısı hərbi məsləhətçi olub, onların kimliyi yaxın zamanda elan ediləcək.   

 

Hüseyn Əli Rezai bildirib ki, terrorçuluqla mübarizənin gücləndirilməsi ilə əlaqədar, İran hazırda Suriyadakı hərbi mütəxəssislərinin sayını artırır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR