Bank Of Baku

Suriyada terror nəticəsində ölənlərin sayı 100-ə çatıb - YENİLƏNİB

Suriyada terror nəticəsində ölənlərin sayı 100-ə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 25 iyul 2018 15:04 (UTC +04:00)

Suriyanın cənubunda yerləşən Es-Suveyda şəhərində terror aktı nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb. 
 
APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, hadisədə 78 nəfərin də yaralandığı bildirilir. 
 
Məlumata görə, terror aktı İŞİD terror qruplaşmasının üzvləri tərəfindən törədilib. 
 

***

 

11:42

 

Suriyanın cənubunda yerləşən Es-Suveyda şəhərində terror aktı törədilib.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze bazarda özünü partladıb. 

 

Hadisə nəticəsində 38 nəfər ölüb, 30-dan çox adam xəsarət alıb.

 

Şəhər qubernatoru Əmir əl-Aşi bildirib ki, terrorçulardan ikisi zərərsizləşdirilib, biri isə saxlanılıb.

 

Bundan başqa, Duma kəndinin sakinləri terror törətmək istəyən 4 nəfəri öldürüb. Eləcə də Suriya ordusu İŞİD terrorçu qruplaşmasının iki terrorçu-kamikadzeni zərərsizləşdirə bilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR