APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, A. Q. Saleh Hələbdə aviasiya bombasının partlaması nəticəsində ağır yaralanıb. Qonşu Türkiyəyə müalicəyə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Salehin yerinə komandir vəzifəsinə Abdul Əziz Salameh seçilib.
“Tauhid Briqadası”nın tərkibində təxminən 8 minə yaxın döyüşçü olduğu bildirilir.