Suriya ərazisinin 85 faizi İŞİD terrorçularından təmizlənib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Suriyadakı Rusiya Qoşunlarının qərargah rəisi general-leytenant Aleksandr Lapin deyib. A. Lapin bildirib ki, 27 min kvadrat ərazi isə hələ də terrorçuların əlindədir.
“Suriya ərazisində İŞİD və “Cəbhət ən – Nusra" terrorçuları tamamilə məhv olana kimi səylərimizi davam etdirəcəyik”, - deyə o qeyd edib.