Bakı – APA. Bəşər Əsədə müxalif qüvvələrdən formalaşdırılmış Suriya Milli Koalisiyası Fransada diplomatik nümayəndəliyə və səfirə malik olacaq.
APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu barədə Fransa prezidenti Fransua Olland koalisiyanın lideri Əhməd Muaz əl-Xətiblə görüşündən sonra açıqlama verib.
Koalisiyanın səfiri ixtisasca müəllim olan Munzir Maxus təyin olunub.
Qeyd edək ki, Suriya və Fransa arasında diplomatik münasibətlər bu ilin martında dayandırılıb. Rəsmi Paris Dəməşqdəki səfirliyini bağlayıb və Suriya səfirini persona-non-qrata elan edib.
Suriyanın birləşmiş müxalifəti artıq Fransa, ABŞ, Türkiyə və Fars körfəzi ölkələrinin Əməkdaşlıq Şurası tərəfindən dəstəklənib.