Bakı-APA. Bu gün Tailandda çayda bərə batıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Ayuttxai şəhəri yaxınlığında, Çeopraya çayında baş verən qəza zamanı ən azı 13 nəfər ölüb, onlarla insan itkin düşüb.
Göyərtəsində 150 nəfər olan bərə körpünün dayaqlarına çırpılıb və batıb. Ölənlər arasında uşaqlar da var. Bərənin göyərtəsindən olanların Ayuttxai şəhərində dini mərasimdən paytaxt Banqkoka qayıdan müsəlmanlar olduğu bildirilir.