Bank Of Baku

Tailandda ağır yol qəzası nəticəsində 11 nəfər yanaraq ölüb

Tailandda  ağır yol qəzası nəticəsində 11 nəfər yanaraq ölüb
# 11 iyun 2016 04:31 (UTC +04:00)

Bakı-APA. Tailandın Çonburi əyaləti ərazisində dəhşətli yol qazası baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, sərnişin mikroavtobusu yoldan çıxaraq aşıb.

 

Daha sonra avtomobil yanmağa başlayıb. Maşında sıxılmış vəziyyətdə qalan 11 nəfər yanaraq ölüb. 4 nəfərin həyatını xilas etmək mümkün olub.

 

İlkin məlumata əsasən, hadisə avtomobilin təkərinin partlaması nəticəsində baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR