APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 8 əsgər həlak olub, 2-i isə yaralanıb.
Yerli polis idarəsinin mətbuat katibinin sözlərinə görə, partlayış avtomobili tamamilə dağıdıb. Hərbçilərdən başqa iki yerli sakin də yaralanıb.
Qeyd edək ki, Tailandın cənubunda yerləşən üç əyalətdə - Yala, Pattani və Naratxivatda əhalinin əksəriyyəti islama itayət edir. İslamçı terrorçular bölgənin muxtariyyətinin genişlənməsinə nail olmağa çalışır. Hökumətlə aparılan danışıqlara baxmayaraq bu bölgədə tez-tez partlayışlar törədilir.