Bank Of Baku

Taliban Peşəvər aeroportuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb

Taliban Peşəvər aeroportuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb
# 16 dekabr 2012 03:20 (UTC +04:00)

 

Bakı-APA. Taliban terror təşkilatı Pakistanın Peşəvər şəhərində aeroportda baş vermiş hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Talibanın nümayəndəsi Ehsanulla Ehsan bildirib.

 

O bildirib ki, hücumu bir intiharçı-kamikadze və qumbaraatanla silahlanmış bir qrup döyüşçü həyata keçirib. Hücum edənlərin hamısı öldürülüb.

 

Hadisə nəticəsində 5 nəfər həlak olub, 50 nəfər yaralanıb. Ehsanulla telefonla jurnalistlərə deyib: “Bu hücumu biz həyata keçirmişik, və digər hava limanlarına hücum edəcəyik”.

 

Pakistan polisi bildirib ki, bir intiharçı-kamikadze avtomobillə aeroporta daxil olaraq partlayış törədib, digər intiharçı-kamikadze vaxtından tez partlayıcı qurğunu işə salıb və hücum edənlərin ikisini məhv edib. Aeroport qeyri müəyyən vaxta bağlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR