Bank Of Baku

Tayvanda bir gecədə 26 yeraltı təkan qeydə alınıb - YENİLƏNİB

Tayvanda bir gecədə 26 yeraltı təkan qeydə alınıb - <span style="color: red;">YENİLƏNİB
# 28 aprel 2016 05:56 (UTC +04:00)

Bakı-APA. Tayvanın şərq bölgəsində bir gecə ərzində 26 yeraltı təkan qeydə alınıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mərkəzi Meteoroloji İdarəsinin rəisi Sin Tsaytszin bildirib.

 

Onun sözlərinə görə, yeraltı təkanların ən güclüsü (5,6 bal) Tayvanın şimal-şərq sahillərində qeyd alınıb. Regionda maqnitudası 3,6-dan 4,5 baladək təkanlar davam etməkdədir.

 

Sonuncu, 5,5 ballıq zəlzələ Taydun bölgəsində qeydə alınıb. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. 

 

***

 

05:46

 

Bakı-APA. Tayvan sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Hualyan şəhərindən 34 km şimal-şərqdə, ocağı isə 8,3 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR