Tayvanda 4,4 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yeraltı təkanların episentri Buli şəhərindən 19 km cənub-şərqdə, ocağı isə 22 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, fevralın 6-da Tayvanın Xualyan bölgəsində 6,5 bal gücündə zəlzələ baş verib, 10-dək insan həyatını itirib, 265 nəfər müxtəlif dərəcəli xəsarət alıb.